“TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Səhiyyə komitələrinin görüşü çox mühüm əhəmiyyət kəsb edir. Çünki burada ölkələrimizdə aktual olan və bütövlükdə Türk dünyası üçün əhəmiyyətli problemlərin həlli, qanunvericilik aktlarının qəbulu istiqamətində vacib müzakirələr aparılır”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.


Deputat bildirib ki, bu il baş tutan görüş isə COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın sözügedən sahə üzrə uğurları və “yaşıl dünya”da səhiyyə sahəsində görüləcək işlər ön plana çıxarılıb: “Azərbaycan Parlamentinin Səhiyyə Komitəsinin rəhbəri, hörmətli akademik Əhliman Əmiraslanov tərəfindən artıq Səhiyyə komitələrinin sədrlərinin görüşü yox, bütövlükdə Səhiyyə komitələrinin görüşü formatında keçirilməsi təklif olundu. Bu isə fəaliyyətimizin daha da genişləndirilməsini və bu sahədə olan parlamentarilərin cəlbi ilə fikir mübadiləsi, qanunvericilik istiqamətində əməkdaşlıq və Türk dünyasının müvafiq sahədəki gələcək uğurlarını təşviq edəcək”.


Bənzər xəbərlər