media-img-20260127-wa0012

Ətrin daha qalıcı olması üçün onu doğru bölgələrə tətbiq etmək vacibdir. Çünki ətirin qoxusu bədən istiliyi və nəm ilə daha yaxşı açılır və uzun müddət qalır.

Patrul.az-ın araşdırmasına görə, ilk növbədə nəbz nöqtələri ən ideal yerlər sayılır. Biləklərin iç tərəfi, qulaqların arxası, boyun və boğaz nahiyəsi bu baxımdan önəmlidir. Bu bölgələrdə qan dövranı daha aktiv olduğu üçün bədən istiliyi ətirin qoxusunu gücləndirir və tədricən yayılmasını təmin edir.

Dirsəklərin iç hissəsi də tez-tez diqqətdən yayınan, amma təsirli nöqtələrdəndir. Xüsusilə qollar hərəkətdə olduqda ətirin ətrafa yayılması daha təbii olur. Eyni zamanda dizlərin arxası uzunömürlü ətir üçün uyğun sayılır, xüsusilə yay aylarında.

Ətrin qalıcı olması üçün döş qəfəsinin yuxarı hissəsi və körpücük sümüklərinin ətrafı da məsləhət görülür. Bu nahiyələr bədənin isti hissələri olduğu üçün qoxunun gün boyu hiss olunmasına kömək edir.

Daha bir vacib məqam isə ətiri nəmli dəriyə vurmaqdır. Duşdan sonra, dəriniz hələ azca nəm ikən və ya öncədən qoxusuz nəmləndirici krem istifadə etdikdə ətir daha yaxşı “tutur”. Quru dəri ətiri tez buxarlandırır.

 

Nəhayət, ətiri tətbiq etdikdən sonra biləkləri bir-birinə sürtməkdən çəkinin. Bu, ətirin notlarını parçalayır və qalma müddətini azaldır.

Qısası, az miqdarda, doğru bölgələrə və düzgün vaxtda tətbiq edilən ətir həm daha qalıcı olur, həm də daha zərif təsir bağışlayır.

Ləman Sərraf


Bənzər xəbərlər