media-inshot_20250820_150316627

Avropa Yayım Birliyi (EBU) 2026-cı il Eurovision Mahnı Müsabiqəsinin Avstriyanın paytaxtı Vyanada təşkil olunacağını açıqlayıb.

Patrulaz.az xəbər verir ki, EBU-nun yaydığı məlumatda bildirilir ki, yarışın yarımfinalları 12 və 14 mayda, möhtəşəm finalı isə 16 mayda Wiener Stadthalle arenasında keçiriləcək.

“Vyana artıq dəfələrlə sübut edib ki, musiqi və mədəniyyətin qlobal mərkəzlərindən biridir. Eurovision-un 70-ci buraxılışının burada keçirilməsi simvolik məna daşıyır”, – deyə təşkilatçı qurumun bəyanatında vurğulanıb.

Məlumata görə, bu arena Avstriyanın ən böyük qapalı məkanıdır.

Qeyd edək ki, Avstriya 1967 və 2014-cü ildən sonra üçüncü dəfə Avroviziyaya ev sahibliyi edəcək. 2025-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən yarışda Avstriya qalib gəlmişdi. Həmin final zamanı isə İsrailin Qəzzadakı hücumlarına etiraz aksiyası diqqət çəkmişdi.


Bənzər xəbərlər