media-inshot_20251226_172936207

Son illərdə “ağıllı ev” texnologiyaları sürətlə yayılsa da, bu cihazların təhlükəsizliyi hələ də ciddi narahatlıq doğurur. Kameralar, termostatlar, qapı kilidləri və digər internetə bağlı cihazlar həm rahatlıq, həm də potensial risklər gətirir.

Bəs evdəki ağıllı cihazların təhlükəsizliyini necə qorumaq və hansı əsas risklərdən uzaq durmaq olar?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, evdəki ağıllı cihazların təhlükəsizliyini artırmaq üçün güclü parol, yeniləmələr, ayrı şəbəkə və etibarlı tətbiqlərdən istifadə etmək lazımdır:

“Evdəki ağıllı (IoT) cihazların təhlükəsizliyini artırmaq üçün həm texniki, həm də davranış yönümlü addımlar atılmalıdır. Aşağıda praktik addımlar və risklər ardıcıl şəkildə izah olunur.

Praktiki addımlar

Standart parolları dərhal dəyişin, Router, kamera, ağıllı TV, kondisioner və s. cihazların default parolları kiberhücumların əsas hədəfidir. Güclü parol, ən azı 12 simvol, böyük-kiçik harf, rəqəm və simvoldan ibarət olmalıdır. Firmware va proqram yeniləmələrini aktiv saxlayın, Köhnə proqram təminatı məlum zəifliklər daşıyır. Avtomatik yeniləmə funksiyası varsa, mütləq aktiv edin. Router təhlükəsizliyini gücləndirin, WPA3 (və ya minimum WPAz) şifrələmə istifadə edin. Router admin panelinə uzaqdan giriş funksiyasını söndürün, Router firmware-ni mütəmadi yeniləyin. IoT cihazları üçün ayrıca şəbəkə (VLAN/Guest Network) yaradın. Ağıllı cihazlar əsas kompüter və telefonlardan ayrı şəbəkədə işləsin. Bu, bir cihaz sındırılsa belə digərlərinə keçidi əngəlləyir. Lazımsız funksiyaları deaktiv edin. Mikrofon, kamera, Bluetooth, UPnP kimi funksiyaları istifadə etmirsinizsə söndürün. “Always-on listening” (daimi dinləmə) xüsusilə risklidir. Etibarlı istehsalçı və rəsmi tətbiqlərdən istifadə edin, Naməlum və ucuz IoT cihazlar tez-tez təhlükəsizlik dəstəyi almır. Mobil tətbiqləri yalnız rəsmi mağazalardan yükləyin. İki mərhələli identifikasiya (2FA) istifadə edin. Ağıllı ev platformaları və bulud hesabları üçün zFA aktiv edin. Şəbəkə trafikinə nəzarət edin. Firewall və ya ağıllı router ila hansı cihazım hara qoşulduğunu izləyin. Şübhəli trafiki bloklayım”.

media-img-20251226-wa0035

Ekspert sözlərinə görə, zəif qorunan IoT cihazlar şəxsi həyatın pozulması və ev təhlükəsizliyinin risk altına düşməsinə səbəb ola bilər:

“Əsas risklər

Kamera va mikrofonların ələ keçirilməsi şəxsi həyatın izlənməsinə səbəb ola bilər. Uzaqdan nəzarət ağıllı kilid, siqnalizasiya və ya qaraj qapısının sındırılması real təhlükələr yaradır. Botnet hücumları, zəif qorunan IoT cihazlar DDoS hücumlarında istifadə edilə bilər. Şəbəkəyə tam giriş mümkün ola bilər, cihaz sımdırıldıqda, hücumçu ev şəbəkəsindəki digər cihazlara da keçə bilər. Bəzi cihazlar istifadəçi razılığı olmadan davranış və səs məlumatları toplaya bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər