"Əyri oturaq, düz danışaq" - Pezeşkianın dilindən Azərbaycan atalar sözləri - VİDEO
İran Prezidenti Məsud Pezeşkian ünvanına səsləndirilən tənqidlərə Azərbaycan dilinə məxsus atalar sözləri ilə cavab verib.
Patrul.az xəbər verir ki, “İslam şuralarının mövqeyi və xalqın Konstitusiyada iştirakı” adlı konfransda çıxış edən Pezeşkian bildirib ki, səsləndirilən bütün iradları diqqətlə dinləyib, lakin indi özü də mövqeyini ifadə etməyi vacib hesab edir:
“Danışdınız, tənqid etdiniz – mən dinlədim. İndi isə mən danışmağa başlayanda siz də qulaq asın. Sözlərimə görə üz-gözünüzü əyməyə ehtiyac yoxdur”.
Çıxışının davamında prezident opponentlərinə Azərbaycan dilində atalar sözləri ilə cavab verib::
“Əyri oturaq, düz danışaq” və “Adını qoydum Rəşid – birini de, birini eşit”.
Pezeşkianın bu fikirləri zalda alqışlarla qarşılanıb.
Qeyd edək ki, Məsud Pezeşkian və onun ailə üzvləri Azərbaycan əsilli olduqları üçün çıxışları zamanı tez-tez Azərbaycan türkcəsində şeirlər səsləndirirlər.
Bu dəfə isə İran lideri Azərbaycan atalar sözlərinə müraciət edib.






