Fərid Qayıbov FIBA-nın baş katibi ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Gənclər və idman naziri Fərid Qayıbov bu gün FIBA-nın baş katibi Andreas Zaqklislə görüşüb.
Patrulaz.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanda basketbolun inkişafı, FIBA ilə mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda, birgə təşəbbüslərin həyata keçirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov və İdman direktoru Turqay Zeytingöz, FIBA 3×3 basketbol yarışları üzrə menecer Yovana Vukoye da iştirak ediblər.