Məşqə qatılmayan bu futbolçuya böyük cəza - “Zirə”dən AÇIQLAMA
“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçu Rafael Utsiqin vəziyyəti ilə bağlı açıqlama verib.
Patrulaz.az xəbər verir ki, o bildirib ki, Utsiq komandanın təlim-məşq toplanışında iştirak etməyib və bu səbəbdən klub tərəfindən ciddi şəkildə cərimələnəcək. Sadıqov həmçinin qeyd edib ki, futbolçunun “Zirə” ilə birillik müqaviləsi var və o, artıq transferə çıxarılıb.
“Bununla bağlı oyunçuya məlumat verilib. Əgər Utsiq heyətə geri dönsə belə, cərimə qüvvədə qalacaq”, – deyə baş məşqçi əlavə edib.
Qeyd edək ki, “Zirə” komandası “Qarabağ”la keçirilən yoldaşlıq görüşündə 0:4 hesabı ilə məğlub olub.
