FİFA Çempionlar Liqasının yeni 3 rəngli topunu təqdim etdi
FİFA 2026-cı il dünya çempionatının 15-ci rəsmi topunu təqdim edib.
Patrulaz.az “Afişa.Daily”a istinadən xəbər verir ki, qırmızı, yaşıl və mavi rənglərlə bəzədilən yeni top axıcı həndəsi naxışa malikdir.
İspan dilindən “üç dalğa” kimi tərcümə olunan “Trionda” adını daşıyan bu top, 2026-cı il 11 iyun – 19 iyul tarixlərində keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək Meksika, ABŞ və Kanadanı simvolizə edir.
FİFA prezidenti Canni İnfantino yeni top barədə təəssüratını bölüşərək onun tezliklə səbətə dəyməsini gözlədiyini bildirib:
“O gözəl topun tora dəyməsini səbirsizliklə gözləyirəm. Ən böyük FİFA Dünya Kuboku üçün geri sayım başladı”.
FİFA-nın saytında qeyd olunub ki, topun üzərində üç ölkəni təmsil edən simvollar yer alıb:
“Bu panellər topun mərkəzində birləşərək üç ev sahibi ölkənin tarixi ittifaqına ehtiram əlaməti olaraq üçbucaq əmələ gətirir. Top onların hər birinin simvolları ilə bəzədilib: ağcaqayın yarpağı Kanadanı, qartal Meksikanı, ulduz isə ABŞ-ı simvolizə edir. Qızıl elementlər isə FİFA Dünya Kubokunun səhnəsinə ehtiramı ifadə edir”.
Qeyd edək ki, Adidas 1970-ci ildən etibarən Dünya Kubokunun rəsmi toplarını istehsal edir. Trionda isə bu seriyanın on beşinci topudur.
Gülbəniz Səfərova






