media-9892ee8c-82ee-4dcd-a0fb-043d4638abcc

Fransa Prezidenti Emmanuel Makronun Vyetnama gəlişi zamanı həyat yoldaşı Briqit Makrondan üzünə zərbə aldığı təəssüratı yaradan görüntülər sosial mediada böyük səs-küyə səbəb olub.

Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, Emmanuel Makron və Briqit Makronun Cənub-Şərqi Asiya turunun başlanğıcı üçün Vyetnama səfəri zamanı çəkilən görüntülər şübhə doğurub.
25 may bazar günü axşam saatlarında “Associated Press” (AP) agentliyi tərəfindən Hanoy Hava Limanında çəkilən görüntülərdə prezidentin təyyarəsinin qapısı açılır və Emmanuel Makron hələ içəridə olarkən üzünə zərbə aldığı müşahidə olunur.
İddialara görə, bu zərbə həyat yoldaşı Briqit Makron tərəfindən endirilib və onun Makrona şillə vurduğu iddia olunub.

Ləman Sərraf


Bənzər xəbərlər