Fransada 17 yaşlı türk gənc baltayla öldürülüb
Fransanın Creil şəhərində yaşayan Hasan Horoz supermarketin avtodayanacağında baltalı hücuma məruz qalaraq həyatını itirib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Kahramanmaraşın Nurhak rayonuna qeydiyyatda olan Hasan Horoz ilə üç nəfər arasında hələlik naməlum səbəbdən başlayan mübahisə qısa zamanda davaya çevrilib. Hadisə zamanı hücum edən şəxslərin balta istifadə etdiyi müəyyən edilib. Horoz, boğaz nahiyəsinə aldığı zərbə nəticəsində ağır yaralanıb.
Hadisə yerinə gələn təcili yardım və polis qrupları Hasan Horozun həyatını itirdiyini təsdiqləyib. Hücumdan sonra avtomobillə qaçan üç nəfər Montataire qəsəbəsində polis tərəfindən yaxalanıb.
16, 17 və 18 yaşlarında olan şübhəlilər ifadələrində cinayəti etiraf ediblər. Onların da türk əsilli olduqları və ikisinin qardaş olduğu açıqlanıb.
Ləman Sərraf






