Fransada avtobus qəzasında çox sayda məktəbli həyatını itirdi
Fransanın Eure-et-Luara əyalətində baş verən avtobus qəzasında ilkin məlumatlara görə, bir tələbə ölüb, çoxlu sayda insan yaralanıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzada bir lisey şagirdinin öldüyü, 31 lisey və orta məktəb şagirdi də daxil olmaqla çox sayda insanın yaralandığı açıqlanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və 6 xilasetmə maşını göndərilib, zərərçəkənlərə və onların yaxınlarına dəstək olmaq üçün sağlamlıq və psixoloji dəstək bölməsi yaradılıb.