media-3424d9fe-8094-470b-9d47-ad0c76b5c8bb

Bakının Xətai rayonunda yerləşən və gecə saatlarınadək yayımlanan musiqilərlə ətraf sakinləri narahat edən “Baku Night” klubuna qarşı hüquqi tədbirlər görülüb.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, Lütfüzadə küçəsində yerləşən klubun yaratdığı məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq addımlar atılıb və mövcud neqativ halın aradan qaldırılması təmin edilib.

Qeyd edək ki, “Baku Night” klubuna daha əvvəl də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən şikayətlər əsasında cərimələr tətbiq olunub. Lakin buna baxmayaraq, müəssisə növbəti günlərdə də eyni vəziyyəti davam etdirmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər