media-inshot_20251021_211712540

Süni intellektin inkişafı artıq dünyanın bir çox ölkəsində istehsal, xidmət və idarəetmə sahələrini dəyişməyə başlayıb. Azərbaycanda da bu proses tədricən müxtəlif sahələrə sirayət edir və bir sıra peşələrdə insan əməyinin yerini texnologiya tutur. 

Bəs yaxın illərdə ölkəmizdə hansı sahə tamamilə süni intellekt tərəfindən ələ keçirilə bilər?

Bu barədə İT mütəxəssisi Elnur Sultanov Patrulaz.az-açıqlamasında bildirib ki, süni intellektin inkişafı dünyada əmək bazarını dəyişdirərək insan əməyini tədricən ikinci plana keçirir:

“AI təkcə Azərbaycanda deyil, demək olar ki, bu gedişlə bütün dünyada insan əməyini sıradan çıxaracaq. İstənilən sahəni buna misal göstərmək olar. Ən sadə nümunə kimi, illər əvvəl əkin sahələrinin smart sistemlərlə idarə olunması nəticəsində işçilərin sayı minimuma endirilmiş, istənilən smartfon vasitəsilə hektarlarla əkin sahələrinin əkilməsi, biçilməsi və suvarılması mümkün olmuşdu.

E. Sultanov həmçinin gələcəkdə süni intellekt bir çox peşələri, o cümlədən dizayn, tərcümə və texniki xidmət sahələrini əvəz edə biləcəyinidə vurğulayıb:

“Dizaynerlər, ofis işçiləri, tərcüməçilər, eləcə də İT sahəsində helpdesk xidməti və maşın təmiri kimi sahələri gələcəkdə AI asanlıqla öz nəzarətinə ala biləcək”.

Mütəxəssisin sözlərinə görə, süni intellektin genişlənməsi nəticəsində bir çox sahələrdə insan əməyinə ehtiyac xeyli azalacaq.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər