media-inshot_20260114_164833248

Son illərdə dronlardan istifadənin artması şəxsi həyatın toxunulmazlığı məsələlərini də gündəmə gətirib. İnsanların icazəsi olmadan dron vasitəsilə şəkil və ya video çəkilməsi şəxsi həyatın müdafiəsi prinsiplərinə zidd hesab olunur.

Bəs dronlardan istifadə zamanı şəxsi həyatın toxunulmazlığı pozularsa, hansı hüquqi tədbirlər görülə bilər?

Bu barədə hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki,vətəndaşlar mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət edə bilərlər:

media-img-20260114-wa0056

“Burada bir neçə mexanizm mövcuddur. Vətəndaş polisə şikayət edə bilər və lazım gəldikdə məhkəmədə də iddia qaldıra bilər. Vətəndaşa vurulan mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər. Belə hallarda vətəndaşların ümumi olaraq bu cür imkanları mövcuddur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər