media-inshot_20260128_095744616

Rəqəmsal texnologiya nəhəngi “Google” istifadəçilərini gizlicə dinlədiyini etiraf edib.

Patrul.az xəbər verir ki, məsələ ilə bağlı Şimali Kaliforniya Federal Məhkəməsində qaldırılan iddiaya əsasən, “Google”un səs köməkçisi “Google Assistant” yalnız “Hey Google” və ya “Okay Google” ifadələri işlədildikdə və ya cihazdakı düymə basıldıqda aktivləşməli olduğu halda, bu ifadələr istifadə edilmədiyi zamanlarda da istifadəçilərin şəxsi söhbətlərini qeydə alıb.

Bu hal “Google” telefonları, ağıllı ev dinamikləri, noutbuklar, planşetlər və simsiz qulaqlıqlar da daxil olmaqla bir çox cihazı əhatə edib.

Şirkət rəhbərliyi isə ABŞ-də ağıllı cihaz istifadəçilərini gizlicə dinlədiyi iddiası ilə bağlı qaldırılan sözügedən iş üzrə şikayətçilərə 68 milyon dollar təzminat ödəməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, “Apple” şirkəti də yanvarın 3-də səs köməkçisi texnologiyası “Siri”nin istifadəçi məxfiliyini pozması ilə bağlı iddia üzrə şikayətçilərə 95 milyon dollar ödəməyə razı olduğunu açıqlayıb.


Bənzər xəbərlər