Görkəmli Azərbaycan yazıçısının “Gizli Bakı” romanı fars dilinə tərcümə edildi
Görkəmli Azərbaycan yazıçısı Məhəmməd Səid Ordubadinin “Gizli Bakı” romanı fars dilinə tərcümə olunub.
Patrulaz.az İran mediasına əsasən xəbər verir ki, əsər 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində Bakı zəhmətkeşlərinin həyatını dərin və təsirli şəkildə əks etdirir.
“Gizli Bakı” Ordubadinin Bakının zəhmətkeş xalqının həyatını əks etdirən üçcildlik tarixi trilogiyasının ikinci hissəsidir. Yazıçı bu əsərdə şəhərin sosial-iqtisadi vəziyyətini realist və humanist baxış bucağından təqdim edir.
445 səhifədən ibarət roman iranlı tərcüməçi Vədud Mərdi tərəfindən fars dilinə çevrilib və İranın “Negah” nəşriyyatı tərəfindən nəşr olunub. Kitabın satış qiyməti 550 min tümən (təxminən 6,27 ABŞ dolları) təşkil edir.






