"Göylər bütün dumandır, günlərimiz yamandır" - Pezeşkian yenidən dahi şairimizin şeirini səsləndirdi - VİDEO
İran Prezidenti Məsud Pezeşkian yenidən Azərbaycan dilində şeir səsləndirib.
Patrulaz.az xəbər verir ki, Pezeşkian Urmiya şəhərində ziyalılarla görüşü zamanı dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirindən bir parçanı oxuyaraq çıxışını insanlıq, vətən sevgisi və xeyirxahlıq kimi dəyərlərlə müşayiət edib.
Prezidentin “Göylər bütün dumandır, günlərimiz bir-birindən yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələri salondakı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.
Həmin anları təqdim edirik:






