Güney Azərbaycanda tarixi türk adlarına qayıdış - FOTOLAR
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri və ətraf kəndlərində qədim türk mənşəli yer adlarının bərpası işlərinə start verilib.
Patrulaz.az “Təbrizin Səsi”nə əsasən xəbər verir ki, yerli media fəalları və milli-mədəni təşkilatların etirazları, eləcə də bələdiyyəyə müraciətləri nəticəsində bu addım mümkün olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə “Nazlı yolu”, “Günəş”, “Tarla yolu” və “Ulduz” kimi türk mənşəli adların lövhələrinin yenidən qurulduğu görünür.
Xatırladaq ki, son illər Güney Azərbaycanda türk yer adlarının dəyişdirilməsi və təhrifinə qarşı etirazlar artmaqda idi.








