Hakan Fidan: Netanyahu müharibəni yenidən başlada bilər
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Ankarada Misirin xarici işlər naziri Bedr Abdulati ilə görüşüb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, iki nazir görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Bazar günü Qətərdəki təmasları zamanı Həmas siyasi bürosunun üzvləri ilə görüşdüyünü bildirən nazir Fidan, Həmas tərəfinin atəşkəs razılaşmasını yerinə yetirməkdə heç bir tərəddüd etmədiyini bildirib.
Nazir bildirib ki, bütün dünyada İsrailli məhbuslar azad edildikdən sonra Netanyahu hökumətinin hansı münasibət sərgiləyəcəyi ilə bağlı bəzi sual işarələri var: “Netanyahunun yenidən müharibəyə başlaması ehtimalı sülh tərəfdarı olan hər kəsi narahat edir”- deyə, o bildirib.