media-inshot_20250821_142518076

Səyahət etmək arzusunda olanların çoxunu düşündürən əsas suallardan biri büdcə məsələsidir. Bəzi ölkələr var ki, orada həm maraqlı mədəniyyətlə tanış olmaq, həm də cibini boşaltmadan rahat gəzintidən zövq almaq mümkündür.

Patrulaz.az bu ölkələrin adlarını sizə təqdim edir:

Məsələn, Gürcüstan azərbaycanlı turistlər üçün ən sərfəli istiqamətlərdən sayılır. Yaxın məsafə, ucuz nəqliyyat və yerli qonaqpərvərlik bu ölkəni əlçatan edir. Türkiyə də münasib qiymətləri və geniş seçim imkanı ilə büdcə dostu istiqamətlərdəndir.

Asiya ölkələrindən Vyetnam, Hindistan Nepal səyahətçilərə həm ekzotik mətbəx, həm də ucuz yaşayış şəraiti təklif edir. Burada gündəlik xərclər Qərb ölkələri ilə müqayisədə xeyli aşağıdır. MərakeşMisir də tarix və təbiəti münasib qiymətlərlə kəşf etmək istəyənlər üçün əlverişli variantlardandır.

Bir sözlə, səyahət üçün mütləq böyük büdcə lazım deyil. Doğru istiqamət seçildikdə, həm yeni mədəniyyətlər tanımaq, həm də cibini qorumaq mümkündür.

Ləman Sərraf


Bənzər xəbərlər