Havaya qalxan təyyarə 7 dəqiqədən sonra yerə çırpıldı
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi hərbi bazadan havaya qalxdıqdan 7 dəqiqə sonra yerə çırpılıb.
Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin verdiyi açıqlamaya görə, 4 heyət üzvünün olduğu P-3 model patrul təyyarəsi yerli saatla 13:43-də təlim uçuşu üçün Pohangdakı hərbi hava bazasından havaya qalxıb. Təyyarənin qalxışdan 7 dəqiqə sonra yaxın ərazidə hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğradığı bildirilib.
Təyyarə yerə çırpıldıqdan sonra bölgədən tüstü qalxdığı qeyd olunub. Cənubi Koreya Müdafiə Nazirliyi isə verdiyi açıqlamada, hadisə nəticəsində mülki şəxslər arasında tələfatın olmadığını, təyyarədə olan 4 hərbçi ilə bağlı vəziyyətin və qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Ləman Sərraf






