HƏMAS: Qəzzada milli barışıq hökumətinin yaradılması səylərini müzakirə etdik
HƏMAS Misir rəsmiləri ilə Qəzza zolağında milli barışıq hökuməti və ya “sosial dəstək komitəsi” yaratmaq səylərini müzakirə etdiklərini bəyan edib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda Qəzza zolağında milli konsensus hökumətinin qurulması səyləri müzakirə edilib.
Qeyd edək ki, Vasitəçi ölkələrdən biri olan Qətər yanvarın 15-də İsrail və HƏMAS arasında Qəzzada atəşkəs və əsir mübadiləsinə dair razılığın əldə edildiyini açıqlayıb.