Hərəkətdə olan yük maşınından yola düşən daş digər avtomobil üçün təhlükə yaradıb - VİDEO
Hərəkətdə olan yük maşınından yola düşən daş digər avtomobil üçün təhlükə yaradıb.
Patrulaz.az-a daxil olan məlumata görə, mayın 17-si saat 20:15 radələrində, 42-CX-362 dövlət qeydiyyat nişanlı yük avtomobili Hökməli yolundan üzü şəhər istiqamətində hərəkət edən zaman çuxura düşüb. Nəticədə, arxa hissəsindəki daş parçası yola düşərək arxadan gələn digər nəqliyyat vasitəsi üçün təhlükəli vəziyyət yaradıb.
Əldə olunan kadrlarda da görünür ki, arxadan gələn avtomobil bir qədər də yaxın məsafədə olsaydı, daş birbaşa həmin maşının üzərinə düşərdi.
Qanunvericiliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə, yüklərin daşınması zamanı onların düşməsinin və ya hərəkət zamanı təhlükə yaratmasının qarşısı alınmalıdır. Əks halda bu, inzibati məsuliyyət yaradır və sürücü cərimələnə bilər.
Qeyd edək ki, son vaxtlar paytaxt yollarında bu kimi təhlükəli yüklərin daşınması ilə bağlı narazılıqlar artmaqdadır. Sürücülər aidiyyəti qurumlardan bu məsələyə nəzarətin gücləndirilməsini xaiş edirlər.
Gülbəniz Səfərova