media-18fc385b-22cd-4996-9b93-b7da151be48a

Hindistanın şimal-şərqində baş verən güclü musson yağışları nəticəsində son iki gün ərzində ən azı 30 nəfər həyatını itirib.

Patrulaz.az “Hürriyet”ə istinadən xəbər verir ki, yağışlar Assam, Arunaçal Pradeş, Meghalaya, Manipur və Mizoram ştatlarında daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.
Assam ştatının 12 bölgəsində təxminən 60 min insan təbii fəlakətdən təsirlənib. Bəzi ərazilərdə Hindistan Meteorologiya Departamenti tərəfindən “qırmızı” və “narıncı” xəbərdarlıqlar edilib .

Arunaçal Pradeşdə 9, Mizoramda 5, Meghalaya və Manipurda isə ümumilikdə 11 nəfər həyatını itirib. Bu ölümlərin əksəriyyəti torpaq sürüşmələri və ani daşqınlar nəticəsində baş verib .
Assam və Arunaçal Pradeş sərhədində su səviyyəsinin artdığı bir çayda qalan 14 nəfər helikopterlə xilas edilib.

Hindistan Meteorologiya Departamenti yaxın günlərdə bölgədə yağışların davam edəcəyini bildirib. Musson mövsümü (iyun-sentyabr) Hindistanda hər il ciddi can və maddi itkilərə səbəb olur.


Bənzər xəbərlər