media-inshot_20260408_204327431

Yaponiyada içində canlı parazitlər olan qeyri-adi qələmlər satışa çıxarılıb.

Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə istinadən xəbər verir ki, maye ilə doldurulmuş qələmin bir hissəsində yerləşdirilmiş “Anisakis” adlı canlıların hərəkət etməsi diqqət çəkib.

Məlumata görə, bu qeyri-adi məhsullar Koçi şəhərində təzə balıq satışı ilə məşğul olan bir sahibkar tərəfindən hazırlanıb. İdeyanın isə başqa bir həvəskardan götürüldüyü bildirilir. O, qələmlərini onlayn deyil, yalnız Koçidə yerləşən “Michinoeki Susaki” adlı yolkənarı istirahət zonasındakı balıq mağazasında satır.

Xüsusi bitki yağı içərisində saxlanılan parazitlər 4-5 gün ərzində ölür. Məhsulun qiyməti isə 6-8,5 dollar arasında dəyişir.

Qeyd edək ki, sözügedən qələmlər ilk dəfə 2021-ci ildə hazırlanıb, lakin yalnız bu il sosial şəbəkələrdə geniş yayılaraq yenidən gündəmə gəlib.

Mütəxəssislər xəbərdarlıq edir ki, “Anisakis” parazitləri insan sağlamlığı üçün təhlükəli hesab olunur. Bu parazitlər orqanizmə daxil olduqda ürəkbulanma, qusma və qarın ağrısı kimi mədə-bağırsaq simptomlarına, eləcə də iltihabi fəsadlara səbəb ola bilər. Xüsusilə çiy və ya az bişmiş balıqlar vasitəsilə insan bədəninə keçmə riski yüksəkdir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər