media-screenshot_20251002_084415_facebook

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də UEFA Çempionlar Liqasının ikinci turunda Ağdam təmsilçisi “Qarabağ” doğma meydanda Danimarkanın “Kopenhagen” klubunu 2:0 hesabı ilə məğlub edib.

Patrulaz.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionuna toplaşan azarkeşlər qələbəni böyük coşqu ilə qeyd ediblər. “Köhlən atlar”ın uğuru təkcə stadiondakı tamaşaçıları deyil, bütün Azərbaycan ictimaiyyətini sevindirib. Qələbə münasibətilə Qarabağ Universitetinin tələbələri də xüsusi qeyd mərasimi təşkil ediblər.

Xatırladaq ki, sentyabrın 17-də keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda “Qarabağ” Portuqaliyanın “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, hər iki görüşdə cəmi 2 qol buraxan “Qarabağ” hazırda Çempionlar Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

media-screenshot_20251002_083541_chrome

Gülbəniz Səfərova


Bənzər xəbərlər