media-67014f1e-4d5a-45c3-a2d1-b3b61a6a210e

Meksikanın paytaxtı Mexikoda Bələdiyyə sədrinin katibi və müşavirinə silahlı hücum edilib.

Patrulaz.az “Xarici KİV”ə istinadla xəbər verir ki, Mexiko şəhərinin meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və müşaviri Xose Munoz motosikletli şəxsin silahlı hücumu nəticəsində həlak olublar.

“Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib. Bu hadisəyə görə məsul olanlar cəzasız qalmayacaq”,- deyə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.

Qeyd edək ki, hazırda hadisəylə bağlı araşdırmalar davam etdirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər