İlon Mask "WhatsApp"ı "təhlükəli platforma" adlandırdı
“WhatsApp təhlükəsiz deyil, bunun əvəzinə “X Chat” istifadə edin”.
Patrul.az xəbər verir ki, bunu amerikalı iş adamı, milyarder İlon Mask “X” sosial platformasında paylaşım edərək bildirib.
O, “WhatsApp”ın təhlükəli olduğunu vurğulayaraq istifadəçiləri “X Chat”dan istifadə etməyə dəvət edib.
Məlumata görə, “X Chat” WhatsApp kimi mesajlaşma tətbiqi ilə rəqabət aparmağı hədəfləyən platformadır. “X Chat”da tam şifrələmə, zəng və fayl paylaşımı kimi müasir mesajlaşma imkanları mövcuddur.
Mask bu platformanın “super tətbiq” statusuna qaldırmaq məqsədini qarşısına qoyduğunu bildirib.
Qeyd edək ki, ABŞ-də Meta şirkətinin istifadəçi mesajlarına giriş əldə etdiyini iddia edərək, şifrələmənin etibarlılığını şübhə altına alıb.
Gülbəniz Səfərova






