media-inshot_20260313_183322037

Rusiyada Vahid Dövlət İmtahanı (EGE) zamanı köçürmə halları ilə mübarizədə ən son texnoloji həllərdən istifadə ediləcək.

Patrul.az-ın məlumatına görə, bu barədə Rusiya Təhsil və Elm Sahəsində Nəzarət üzrə Federal Xidmətin (Rosobrnadzor) rəhbəri Anzor Muzayev məlumat verib.

Qurum rəhbəri bildirib ki, bu il imtahan prosesində süni intellekt (Sİ) texnologiyası ilə təchiz edilmiş “ağıllı siqnalboğucular”dan geniş istifadə olunacaq.

Bu qurğular standart bloklayıcılardan fərqli olaraq, bütün rabitə tezliklərini tamamilə kəsmir. Süni intellekt vasitəsilə yalnız şübhəli məlumat ötürülməsini və mikronauşniklərin işlədiyi spesifik dalğaları hədəf alaraq onları bloklayır. Bu yanaşma imtahanın şəffaflığını təmin etməklə yanaşı, ədalətli rəqabət mühitini qorumağa xidmət edir.

A. Muzayev nəzarət mexanizmlərinin texnoloji cəhətdən daha effektiv olacağını vurğulayaraq, abituriyentlərə xəbərdarlıq edib:

“İmtahanlara 3,5 ay vaxt qalıb. Fürsətdən istifadə edərək şagirdlərə müraciət edirəm: müasir eynəklərə, mikronauşniklərə və ya müxtəlif ‘şparqalka’lara ümid etməyin. Özünüzü dərslərə motivasiya edin, çünki yeni texnologiyalar bu cür halların qarşısını operativ şəkildə alacaq”.


Bənzər xəbərlər