media-cfadfa23-692a-45ba-b2ee-694d8f73223c

Axtarış sistemi Google, onlayn axtarış bazarındakı üstün mövqeyindən sui-istifadə etdiyinə görə Birləşmiş Krallıqda 5 milyard funt sterlini (təxminən 6,3 milyard dolları) aşan toplu təzminat iddiası ilə üzləşib.

Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, İngiltərə mərkəzli yüz minlərlə şirkətin adından açılan bu iddiada, ABŞ-lı texnologiya nəhənginin rəqib axtarış motorlarını bazardan sıxışdıraraq reklam qiymətlərini süni şəkildə artırdığı və bu yolla bazardakı hegemonluğunu möhkəmləndirdiyi iddia olunur.

Məhkəməyə təqdim olunan iddia ərizəsində bildirilir ki, Google rəqib axtarış sistemlərinin bazara çıxışını məhdudlaşdıraraq öz dominant mövqeyini qoruyub və nəticədə reklam qiymətlərini yüksəldib.

İddiaçılar bildirirlər ki, şirkətin bu davranışları onlayn axtarış reklamçılığı sahəsində demək olar ki, inhisar vəziyyəti yaradıb.

Bu iddia, dünya üzrə tənzimləyici qurumların Google-ın rəqəmsal reklam bazarındakı dominant rolunu və axtarış sistemi bazarındakı hökmranlığını ciddi şəkildə araşdırmağa başladığı dövrdə gündəmə gəlib.

Hazırda Avropa İttifaqı, ABŞ və bir çox digər ölkələrdə də oxşar araşdırmalar və hüquqi proseslər davam edir.

Ləman Sərraf


Bənzər xəbərlər