İnsan bədəninin içində hərəkət edə biləcək dünyanın ən kiçik robotu hazırlanır
Alimlər mikroorqanizmlər ölçüsündə, müstəqil hərəkət edə bilən və ətraf mühiti hiss edən yeni nəsil mikro-robotlar hazırlayıblar.
Patrul.az xəbər verir ki, ABŞ-nin Miçiqan Universitetində yaradılmış bu robotlar təxminən 0,2 x 0,3 x 0,05 millimetr ölçüsündədir və işıqla işləyən mikro “beyin” tərəfindən idarə olunur.
Sözügedən robotlar temperaturu ölçə, ətraf mühit dəyişikliklərinə reaksiya verə və hüceyrə fəaliyyəti barədə məlumat toplaya bilir.
Tədqiqatçılar bildirirlər ki, bu texnologiya hüceyrə səviyyəsində sağlamlığın izlənməsi, erkən diaqnostika və gələcəkdə məqsədyönlü tibbi müdaxilələr üçün istifadə oluna bilər. Eyni zamanda mikroistehsal sahəsində də yüksək dəqiqlikli kiçik cihazların hazırlanmasına imkan verir.
Qeyd edək ki, bu mikro-robotların gələcəkdə insan orqanizminin daxilində fəaliyyət göstərə və tibdə inqilabi dəyişikliklər yarada biləcəyi bildirilib.






