"İnsanabənzər robotlardan ibarət "milyonluq ordu" yaradılacaq" - İlon Mask
“Tesla”nın baş direktoru İlon Mask “Optimus” adlı insanabənzər robotlardan ibarət “milyonluq ordu”nun yaradılacağını açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Mask bu barədə investorlarla görüş zamanı danışıb.
O, “Tesla”nın gələcəyi və şirkət üzərində nəzarətin saxlanılması ilə bağlı narahatlığını ifadə edərək, “robot ordusu” layihəsinə nəzarətin güclü olmasının vacibliyini vurğulayıb.
Mask bildirib ki, “Optimus” layihəsində təsir imkanlarını qorumaq üçün 1 trilyon dollarlıq təzminat paketinə ehtiyacı var:
“Güclü təsir imkanına malik olmadan robot ordusu yaratmaq məni narahat edir”.
İlon Mask həmçinin qeyd edib ki, bu robotlar insan həyatını köklü şəkildə dəyişdirəcək və gələcəkdə yoxsulluğun olmadığı, hər kəsin ən yaxşı tibbi xidmətə çıxışı olan bir dünyanın formalaşmasına töhfə verəcək.
Məlumata görə, “Tesla” “Optimus” humanoid robotunun seriyalı istehsalına 2026-cı ilin fevral–mart aylarında başlamağı planlaşdırır.






