İnsanlar Ayda gecələyə biləcək – Kosmosda Moon Hotel
Ayda və kosmosda otellərin yaradılması ilə bağlı layihələr üzərində hazırlıq işləri aparılır.
Patrul.az xəbər verir ki, layihə 22 yaşlı sahibkar Skayler Çan tərəfindən Ayda həyata keçirilmək üçün planlaşdırılır. Sahibkarın sözlərinə görə, otelin inşası ilə bağlı ideya növbəti 10 il ərzində reallaşa bilər.
Məlumata görə, Moon Hotel ilkin mərhələdə cəmi 4 nəfər qonaq üçün nəzərdə tutulacaq. Qonaqlara isə astronavtların istifadə etdiyi qidalara bənzər dondurulmuş yeməklər təqdim olunacaq.
Hazırda isə rahatlıq və komfortla bağlı gözləntilərin məhdud olacağı bildirilir.
Mütəxəssislərin fikrincə, bu cür layihələr iddialı görünsə də, artıq tamamilə xəyali hesab edilmir. Son illərdə kommersiya kosmik texnologiyalarında müşahidə olunan sürətli inkişaf, Ayda yaşayış məkanlarının 2030-cu illərə qədər nəzəri baxımdan mümkün ola biləcəyini göstərir.







