media-inshot_20250916_182943918

Sosial media və rəqəmsallaşma artıq insanların istirahət həyatına da birbaşa təsir göstərir. İndi insanlar gördükləri gözəl mənzərəni və ya yaşadıqları anı uzun-uzadı başqalarına danışmaq əvəzinə, yalnız bir foto və ya video vasitəsilə yaxınlarına bölüşməyi üstün tuturlar. Bu, bir tərəfdən müasir dövrün gətirdiyi rahatlıq olsa da, digər tərəfdən də vərdişə, hətta asılılığa çevrilə bilər. Elə insanlar var ki, istirahətə getsələr də, telefonlarını bir kənara qoyub o anı yaşaya bilmirlər.

Maraqlıdır ki, niyə insanlar istirahət zamanı da nəyisə çəkib paylaşmağa ehtiyacı duyur?

Suala cavab olaraq, psixoloq Aytən Ələkbərova Patrulaz.az-a açıqlamasında bu davranışın arxasında 3 əsas psixoloji səbəblərin dayandığını izah edir:

media-inshot_20250916_183741571

“İstirahət zamanı dərhal şəkil çəkildiyi anda xoşbəxtliyin yarandığını müşahidə edə bilərsən. Lakin bəzən istirahətdə olan insanlar xoşbəxtlik hormonu olan “seratanen”ni o qədər güclü qəbul edir ki, fotonun çəkilməsi ilə bağlı anın üzərindən uzun müddət keçdikdən sonra da özünün bilmədən darıxdığını hiss edir və həmin anda özünə “fototerapiya” etməyə başlayırsan. Bəzən isə istirahət edildiyi vaxtda bu yaşanmışlığın üzərindən 1-2 gün keçir, amma şəkillər yenidən üzərində “atmacalı yazılar” yazmaqla paylaşılır, bu isə artıq görməmişliyin əlamətidir. Ona görə ki, bu üsulla insan kiməsə söz ataraq, özü üçün deyil, başqasına görə yaşamış olur. Sadaladıqlarımı oxuyanlar başa düşəcəklər ki, onlar “seroton” hormonunu alıblar. Yaxud da bir ay sonra darıxaraq özlərinə “fototerapiya” edib, motivasiya veririrlər. Əksinə, əgər kiməsə acıq verirlərsə, bu durumdan da istifadə etməyə çalışırlar. Sadaladığım bu üç kateqoriyadan olan insanlar özlərini asanlıqla tanıya biləcəklər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər