media-0c0aebb9-a0d4-4ca2-a4da-89bffa8c4f6f

Vətəndaşlar İpoteka və Zəmanət Fondunun (İZF) rəsmi sistemində texniki problemlərlə qarşılaşdıqlarını bildirirlər. Onların sözlərinə görə, sistemdə lazımi bölmələri seçdikdən sonra “Hesabla” düyməsi işləmədiyi üçün proses yarımçıq qalır.
İstifadəçilər Patrulaz.az-a müraciətlərində bu halın texniki nasazlıqdan çox, məqsədli şəkildə edildiyini iddia edirlər. Onların fikrincə, sistemin işləməməsi müəyyən vətəndaşların ipoteka kreditinə müraciət etməsinin qarşısını almağa yönəlib. Məsələ ilə bağlı İpoteka və Zəmanət Fondundan rəsmi açıqlama gözlənilir.
Bu kimi texniki problemlər elektron hökumət sistemlərində zaman-zaman baş versə də, istifadəçilərin etirazları nəzərə alınaraq, məsələnin daha dərindən araşdırılacağına ümüd edirik.


Bənzər xəbərlər