İran donanmasına məxsus gəmilər BƏƏ limanına yanaşıb
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanmasının 4 gəmisi müdafiə və hərbi əməkdaşlıq çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xalid Şarja limanında lövbər salıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, limana yanaşan 4 İran gəmisi BƏƏ-nin hərbi-dəniz qüvvələri, İranın Dohadakı səfiri və BƏƏ hərbi və mülki rəsmiləri tərəfindən qarşılandığı bildirilib. İran gəmilərinin Xalid Şarja limanında nə qədər qalacağı ilə bağlı məlumat verilməyib.