media-inshot_20260325_211706148

İran Fars körfəzi Yaxın Şərqdə hərbi qarşıdurmanın kəskinləşməsindən sonra İran Fars körfəzi ölkələrinin ərazisində yerləşən obyektlərə 1000-dən artıq raket zərbəsi endirib. Bununla yanaşı, həmin ölkələrin istiqamətinə 3000-dən çox İran istehsalı pilotsuz uçuş aparatı (PUA) göndərilib.

Patrul.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS) məlumatlarına istinadən xəbər verir.

Analitik mərkəzin açıqlamasına görə, fevral 28-dən mart 24-dək İran Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki hədəflərə 372 raket və 1806 pilotsuz aparat buraxıb. Küveyt 242 raket və 534 PUA ilə hücuma məruz qalıb. Səudiyyə Ərəbistanı istiqamətində isə 688 pilotsuz uçuş aparatı istifadə olunub. Bundan əlavə, ümumilikdə, minə yaxın raket və PUA Bəhreyn, Qətər və Oman ərazilərinə yönəldilib.

Məlumata görə, İran fevralın 28-də ABŞ və İsrail tərəfindən başladılan əməliyyatlardan sonra Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına, eləcə də regionun enerji infrastrukturuna hücumlarını gücləndirib.

Bundan əvvəl, “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İrana qarşı hərbi qüvvə tətbiqi məsələsini müzakirə edir.

Aynur Nadirqızı


Bənzər xəbərlər