media-inshot_20260317_131745182

İranın Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ejei xarici dövlətlərlə əməkdaşlıqda şübhəli bilinən şəxslərə qarşı görüləcək tədbirlər barədə açıqlama verib.

Patrul.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, Mohseni Ejei Tehranda bəzi şəxslərin əmlakının müsadirə olunduğunu və özlərinin də həbs edildiyini bildirib. O, həmçinin qeyd edib ki, casusluq fəaliyyəti qanuna əsasən, ölüm cəzasına məhkum oluna bilər.

Məhkəmə rəhbəri təhlükə yaratmaq niyyətində olan hər kəsin qanuni şəkildə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, bir müddət əvvəl də Mohseni Ejei ABŞ və İsrailin hücumları fonunda düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin araşdırılmasını tələb etmişdi.

Aynur Nadirqızı


Bənzər xəbərlər