media-inshot_20260311_122752441

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda, İrana məxsus olduğu iddia edilən və ABŞ hədəflərinə yönəlmiş bəzi raketlərin üzərindəki yazılar dünya mediasının diqqətini çəkib.

Patrul.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə raketlərin üzərinə bəzi mesajların yazıldığı görünür. Bu mesajlardan ən diqqətçəkəni isə “Epşteyn adası qurbanlarının xatirəsinə” (In memory of the victims of Epstein Island) sözləridir.

Qeyd edək ki, bir vaxtlar amerikalı milyarder olan Ceffri Epşteynin yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq etdiyi və insan alveri şəbəkəsini idarə etdiyi ortaya çıxıb. Onun Karib dənizində yerləşən adasında çoxsaylı nüfuzlu şəxslərlə əlaqəli zorakılıq şəbəkəsi qurduğu bildirilir. O, 2019-cu ildə həbsxanada ölsə də, onun cinayətləri ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə sənədlərində və uçuş qeydlərində çoxsaylı siyasətçilərin, iş adamlarının və məşhurların adları yer alıb.

İstintaq çərçivəsində hətta ABŞ Prezidenti Donald Trampın da vaxtilə Epşteynlə əlaqədə olduğu iddia edilib. Donald Trampın adının Epşteyn sənədlərində bir neçə dəfə hallandığı bildirilib və hətta bəzi iddialara görə, müharibənin bununla əlaqəli olduğu da irəli sürülüb.

Tramp isə bu ittihamları rədd edərək, Epşteynlə heç bir münasibətinin olmadığını bildirib. İran əsgərlərinin raketlərə yazdığı mesaj isə Qərb dünyasında uzun müddətdir müzakirə olunan Epşteyn qalmaqalına istinad kimi şərh olunur.

Məlumat üçün bildirək ki, Trampa qarşı irəli sürülən ittihamlar öz təsdiqini tapmayıb.

 


Bənzər xəbərlər