İranın İsrailə göndərdiyi pilotsuz aparatların görüntülərini yaydı - VİDEO
İran ordusu İsrailə göndərdiyi kamikadze dronlarının görüntülərini yayıb.
Patrul.az xəbər verir ki, bu gün səhər saatlarından İran ordusu İsrailin müdafiə qüvvələrinin qərargahına genişmiqyaslı pilotsuz uçuş aparatı hücumları həyata keçirir.
Hədəf isə İsrail ərazisində yerləşən Beer-Şeva şəhərindəki müdafiə qüvvələrinin qərargahıdır.
Məlumata görə, qərargahın yerləşdiyi bu şəhər İsrail ordusunun quru və hava qüvvələri ilə bağlı strateji hərbi obyektlərin yerləşdiyi əsas mərkəzlərdən biridir.
İran ordusunun açıqlamasında qeyd olunur ki, əməliyyat yaxın saatlarda İsrailin digər mühüm hərbi bazalarına qarşı daha geniş hücumlarla davam etdiriləcək.






