İran hökumətindən ABŞ-la danışıqlara dair bəyanatlar gəlməyə davam edir.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Ayətullah Əli Xamenei Amerika ilə danışıqlar aparmağı ağıllı, müdrik iş olmadığınş və İranın problemlərini həll etməyəcəyini deyib. İranın danışıqlara açıq olduğunu, lakin ABŞ-ın daha əvvəl müzakirə etdiyi nüvə sazişini imzaladıqdan sonra razılaşmadan çıxdığını ifadə edən Xamenei, belə bir hökumətlə danışıqlar aparmağın fayda verməyəcəyinə diqqət çəkib.

Qeyd edək ki, İranın yüksək rütbəli hökumət rəsmiləri, xüsusilə prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Erakçi son vaxtlar sanksiyaların ləğvi üçün ABŞ-la nüvə danışıqlarına hazır olduqları mesajını verirlər.


Bənzər xəbərlər