media-inshot_20260313_191550911

İraqda ABŞ-yə məxsus hərbi yanacaqdoldurma təyyarəsindəki altı ekipaj üzvünün hamısı həlak olub.

Patrul.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) təsdiqləyib.

Hadisə martın 12-də saat 19:00 radələrində İraqın qərbində baş verib.

İlkin məlumata görə, hadisə zamanı təyyarələrin havada toqquşması və ya təhlükəli manevr etməsi ehtimal olunur.

İkinci təyyarə də KC-135 tipli olub, lakin o qəzadan xilas olaraq İsraildə təhlükəsiz eniş edib.

İraqdakı bəzi silahlı qruplar təyyarəni vurduqlarını iddia etsələr də, ABŞ hərbçiləri bunu qəti şəkildə təkzib edib. Rəsmi açıqlamaya görə, hadisə “dost hava məkanında” baş verib və nə düşmən, nə də müttəfiq atəşi nəticəsində baş verməyib.

Qeyd edək ki, təyyarələr İran əleyhinə keçirilən “Epik Qəzəb Əməliyyatı” çərçivəsində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıblar.

Hazırda hadisənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırma davam edir.

media-img_20260313_190342_267


Bənzər xəbərlər