İsrail ordusu atəşkəsə baxmayaraq, Livanın şərqindəki Bekaa vadisinə hava hücumlarını davam etdirir.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında Bekaa vadisində bir çox nöqtəyə hava zərbələri endirilib.

Açıqlamada hədəf alınan nöqtələrin Hizbullaha aid olduğu və vurulan yerlərin Livan-Suriya sərhədindəki silahların təqdim edilməsi üçün istifadə edildiyi iddia edilən infrastruktur nöqtələrinin də olduğu bildirilib.

  • Hücumlarda hər hansı itki olub-olmaması ilə bağlı Livan səlahiyyətlilərindən hələlik heç bir açıqlama verilməyib.

Bənzər xəbərlər