İsrail və Efiopiya enerji, su və innovasiya sahələrində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Energetika Nazirliyi Efiopiyaya səfər edən İsrailin energetika naziri Eli Kohenin efiopiyalı həmkarı Habtamu İtefa Geleta ilə görüşdüyünü açıqlayıb.

Məlumata görə, İsrail şirkətlərinin Efiopiyada bərpa olunan enerjinin inkişafı layihələrinə, xüsusən də günəş enerjisinə inteqrasiyasını və onların Efiopiyada su infrastrukturunun inkişafı layihələrində iştirakını müzakirə ediblər.

Açıqlamada Koenin səfəri zamanı bəzi nazirlər, xüsusilə Efiopiyanın Mədən və Neft Naziri Million Mathews ilə görüşdüyü, həmçinin Dünya Bankı, Afrika Bankı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndələri ilə görüşdüyü qeyd edilib.


Bənzər xəbərlər