İsrail naziri: Netanyahu hökumətini devirəcəyik
İsrailin ifrat sağçı Milli Missiyalar naziri Orit Strok Qəzza zolağında HƏMAS ilə əldə olunan atəşkəsin ikinci mərhələsinə nail olunacağı təqdirdə baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini devirəcəkləri ilə hədələyib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin əleyhinə fikirləri ilə tanınan Strok İsrail ordusu radiosunda iştirak etdiyi proqramda Qəzzada atəşkəslə bağlı açıqlamalar verib. Strok bildirib ki, üzvü olduğu və ifrat sağçı maliyyə naziri Bezalel Smotriçin rəhbərlik etdiyi Dini Sionizm Partiyası Qəzzada atəşkəsin ikinci mərhələsinə qarşıdır.
İsrailin baş nazirinə xəbərdarlıq edən Strok qeyd edib ki, Netanyahu atəşkəsin ikinci mərhələsinə keçməyə qərar verərsə, onlar bir tərəf olaraq koalisiya hökumətini devirəcəklər.