İsrailin 15 aydan çox davam edən hücumları səbəbindən Qəzza zolağında məktəblərin 85 faizinin xidmətdən çıxdığı bildirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağında Təhsil və Ali Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Baş direktoru Əhməd ən-Nəccar verdiyi açıqlamada İsrailin soyqırımının Qəzzada görünməmiş təhsil fəlakətinə səbəb olduğunu bildirib. İsrailin hücumları səbəbiylə 2 ildir təhsilin dayandırıldığı, məktəblərin yüzdə 85-nin istifadəyə yararsız olduğu, ali təhsilin isə ağır zərbə aldığı qeyd olunub. Təxminən 1200 universitet tələbəsi və 150 ​​akademikin həyatını itirdiyini, 140 universitet binasının zərər görüldüyü vurğulanıb.


Bənzər xəbərlər