İsrailin 110 fələstinli məhbusu azad edəcəyi bildirilib
Atəşkəs və məhbus mübadiləsi razılaşmasındakı öhdəliklərinə zidd olaraq İsrail fələstinli məhbusların azad edilməsini təxirə salıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, 110 fələstinli məhbusu GMT ilə saat 18:00-da azad etməyə hazırlaşır. Qəzza zolağının Xan Yunis şəhərindən olan məhbusların azadlığa buraxılması zamanı baş verən hadisələri bəhanə kimi istifadə edərək İsrailin fələstinli məhbusların azadlığa buraxılmasını təxirə salması ilə bağlı problemlər həll olunub. HƏMAS ilə məhbus mübadiləsinin üçüncü mərhələsində İsrail fələstinli məhbusları GMT ilə saat 18:00-da azad edəcək.