İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb
İsveç mətbuatı Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları ilə tanınan 38 yaşlı Salvan Momikanın ötən gecə Södertälje şəhərindəki mənzildə güllələnərək dünyasını dəyişdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Salvan Momika Tiktokda canlı yayım edərkən evdə hücuma məruz qalıb. Xəbərdarlıq edən polis hadisə yerinə gedib və Momikanın cansız bədəni ilə qarşılaşıb.
Polis şübhəlinin tutulması üçün əməliyyata başlayıb.