“Kabus” qorxu evində azyaşlı qıza qarşı qeyri-etik davranış iddiası - Səs yazısı
“Kabus” qorxu evində işçilərdən birinin azyaşlı qıza qarşı qeyri-etik hərəkət etdiyi iddia olunur.
Patrulaz.az-a daxil olan şikayətdə bildirilir ki, bir qrup gənc istirahət və adrenalin məqsədilə “Kabus” qorxu evinə üz tutub. Vətəndaşların sözlərinə görə, burada çalışan aktyorlar xanımlara yaxınlaşırlar.
İddialara əsasən, oyunun gedişində, yanlarında kişi iştirakçı olsa da, gözə görünməyən qaranlıq vaxtda aktyor 18 yaşı tamam olmamış qızı digər otağa aparıb, onun belinə toxunaraq əlaqə nömrəsini tələb edib.
Hadisədən sonra iştirakçılar oyunu dayandırıb və məsələ barədə əməkdaşlara məlumat veriblər. Onların sözlərinə görə, polis çağırılacağı bildirildikdən sonra ödənilmiş 85 manat geri qaytarılıb. Qeyd olunur ki, həmin işçi hələ də qorxu evində fəaliyyət göstərir.
Vətəndaşlar bildirir ki, bura xanımlar və bəylər üçün tövsiyə edilmir. Səs yazısını sizə təqdim edirik.
Ümid edirik ki, müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.






