media-264a4cfe-f978-4633-bbed-5996f3ea8c9e

Kanadada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan olunub.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Manitoba əyalətindəki Vaytşel Əyalət Parkında yayılan meşə yanğınları nəticəsində iki nəfərin həyatını itirməsi və təxliyələrin başlanması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Manitoba əyalətinin baş naziri Vab Kinyu verdiyi açıqlamada ölənlərin olduğunu təsdiqləyib və təxliyələrin daha təhlükəsiz şəkildə həyata keçirilməsinin meşə yanğınları ilə mübarizəyə kömək edəcəyini bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər